Loading...
Loading...

XİN rəhbəri Azərbaycanın Türkiyə və Rusiya ilə münasibətləri haqda

“Həm Türkiyə, həm də Rusiya ilə əməkdaşlığın demək olar, bütün sahələrində münasibətlər dinamik şəkildə inkişaf edir. Azərbaycan hər iki ölkə ilə münasibətlərin genişləndirilməsində maraqlıdır”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bunu “The Business Year 2016” jurnalına müsahibəsində Türkiyə-Rusiya münasibətlərini şərh edərkən deyib.

“Azərbaycanın həm strateji müttəfiq kimi Türkiyə, həm də strateji tərəfdaş kimi Rusiya ilə əlaqələri tarixi köklərə malikdir.

İmzalanmış sənədlər həcmi, eləcə də müntəzəm qarşılıqlı səfərlər güclü əlaqələrin daha bir sübutudur”, – deyə E.Məmmədyarov bildirib. O qeyd edib ki, Rusiya və Türkiyə arasında münasibətlərin hazırkı vəziyyəti Azərbaycan üçün arzuedilən deyil.

“Həm Türkiyə, həm də Rusiya Cənubi Qafqaz regionunda və onun kənarında təhlükəsizliyin və sabitliyin qorunmasında mühüm rol oynayır. Azərbaycan hələ də bütün mümkün yollarla hər iki ölkə ilə əlaqələrinin genişləndirilməsində maraqlıdır. Ümid edirik ki, birgə səylər nəticəsində Rusiya və Türkiyə arasında münasibətlər dialoq və qarşılıqlı anlaşma yolu ilə normallaşacaq”, – deyə Azərbaycan XİN başçısı bildirib.(“Report”)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

ABŞ generalı Bakıya gəldi

%d bloqqer bunu bəyənir: