Advertisements
24 saat

XİN Qarabağa yerləşdirilən 400 PKK-çı haqda – “ARAŞDIRMA APARILIR”


“PKK terrorçularının Qarabağa yerləşdirilməsi məsələsinə Xarici İşlər Nazirliyində kompleks şəkildə baxılır”.

Modern.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi bildirib ki, Qarabağda 400-ə yaxın PKK terrorçusunun yerləşdirilməsi məsələsi KİV-də gedən məlumat idi.

“Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində müxtəlif təxribatçı fəaliyyətlər həyata keçirilir. Qeyd olunan məlumat da mətbuatda yayılmışdı. Hələ ki həmin məsələyə XİN-də baxılır”.

Xatırladaq ki, Türkiyə mətbuatı cəbhədə artan gərginlik zamanı 400-ə yaxın PKK terrorçusunun Qarabağ ərazisinə yerləşdirilməsi barədə məlumat yayıb.

İnformasiyalarda PKK yaraqlılarının Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə səpələndikləri qeyd edilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: