Advertisements
24 saat

XİN İstanbulda törədilmiş teraktda ölən və xəsarət alanların arasında azərbaycanlıların olub-olmadığını araşdırır


Azərbaycan Xarici İşlər Nazirliyi dünən gecə saatlarında İstanbulda hava limanında törədilmiş terror aktlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır.

Bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.

Xatırladaq ki, terror aktı iyunun 28-də gecə saatlarında İstanbuldakı Atatürk hava limanının beynəlxalq terminalında törədilib. Rəsmi məlumatlara görə, partlayışlar nəticəsində 36 nəfər həyatını itirib, 147 nəfər isə yaralanıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: