Advertisements
24 saat

XİN Ermənistanı məntiqsizlikdə qınayır


«Rəsmi Yerevanın bəyanatları ziddiyyətli, məntiqsizdir».

Ermənistan xarici işlər naziri Eduard Nalbandian-ın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara hazır olmaları ilə bağlı bəyanatını Azərbaycan xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzadlıqRadiosuna belə şərh edib.

H.Hacıyev deyib ki, bir neçə gün öncə Ermənistan prezidenti danışıqlardan imtina etdiklərini açıqlamışdı:

«Bu iki fikir bir-birinə tamamilə ziddir. Bunların arasında məntiq tapmaq da çətindir. Bu, Ermənistanın hakim dairələrində ziddiyyətli mövqelərin olduğunu göstərir. Xarici işlər naziri öz prezidentinin dediklərini inkar edir. Bunlar Yerevan rejiminin təşviş və çaşqınlıq içərisində olmasının göstəricisidir. Ermənistanın məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq, təcavüzü hər vəchlə davam etdirməkdir. Qoşunların təmas xəttində Ermənistanın həyata keçirdiyi təxribatçı əməllər onların əsl simasıdır. Bu təxribatın hədəfi isə mülki Azərbaycan əhalisidir».

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: