Loading...
Loading...

Xarici dövlətlərin Azərbaycana nə qədər borcu var?

Xarici dövlətlərin Azərbaycana borcu barədə statistika aparılırmı? Transparency.az ölkənin hazırda nə qədər alacağı olduğunu öyrənmək üçün Maliyyə Nazirliyinə müraciət edib.

İyulun 4-də nazirlikdən bildirilib ki, hazırda Gürcüstan və Serbiyanın Azərbaycan qarşısında ayrılmış kreditlər üzrə borc öhdəliyi var: “Gürcüstanın borcu 10,3 milyon ABŞ dolları, Serbiyanın borcu 220,8 milyon avro məbləğindədir. Eyni zamanda Belarus və Azərbaycan hökumətlərinin qarşılıqlı dövlət zəmanəti əsasında “Kapital Bank” ASC-nin “Belaruskaliy” dövlət şirkətinə ayırdığı kredit xətti üzrə 92,3 milyon ABŞ dolları məbləğində borcu mövcuddur. Borclar borcalanların xidmət müqavilələrində nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun aparılır.

Xarici dövlətlərə borc verilməsi bilavasitə hökumətlərarası müqavilələr, eləcə də tərəfdaş dövlətlərin Azərbaycana verdiyi zəmanət əsasında ölkənin maliyyə və iqtisadi subyektləri arasında bağlanmış müqavilələrə əsasən həyata keçirilir”.

Transparency.az bildirir ki, Maliyyə Nazirliyi vaxtaşırı Azərbaycanın xarici dövlət borcu haqqında hesabat yayır. İyunun 14-də yayılan son rəsmi məlumata görə, 1 aprel 2016-cı ilə Azərbaycanın xarici dövlət borcu 7 milyard 448,7 milyon ABŞ dolları (11 milyard 486,6 milyon manat) həcmində olub.

Ölkənin xarici borcunun həcmi 5 il əvvəl, 1 yanvar 2011-ci ilə 3 milyard 857,3 ABŞ dolları təşkil edib.

Bir il sonra rəqəm 4 milyard 816,7 milyon ABŞ dollarına (3 milyard 788,3 milyon manat) yüksəlib.

2013-cü ilə xarici dövlət borcu 5 milyard 708,4 milyon ABŞ dollarına (4 milyard 481,1 milyon manat) qalxsa da, 1 yanvar 2014-cü ilə olan hesabata görə, 4 milyard 753,2 milyon manata enib.

Maliyyə Nazirliyi 1 oktyabr 2015-ci ilə xarici dövlət borcunun 6 milyard 730,9 milyon ABŞ dolları olduğunu bəyan edib.

Bu ilin ilk ayına borc 163,4 milyon dollar artaraq 6 milyard 894,3 milyon dollara yüksəlib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Dövlət büdcəsinin icrasında 10%lik azalma

%d bloqqer bunu bəyənir: