Xaricdə yaşayan soydaşlarımız döyüşlərə qatılmaq üçün müraciətlər edir – Nazirlik


mnAzərbaycandan kənarda yaşayan soydaşlarımızdan son günlər cəbhə xəttində baş verən hadisələrlə əlaqədar döyüşlərə qatılmaq üçün Müdafiə Nazirliyinə çoxsaylı müraciətlər daxil olur.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son 3 gündə nazirliyə xaricdə yaşayan azərbaycanlılardan çoxsaylı müraciətlər edilir. Soydaşlarımız nazirliyə ünvanladıqları müraciətlərində son günlər cəbhədə baş verən hadisələr zamanı ordumuzun qazandığı uğurlardan sevindiklərini, qürur duyduqlarını və ərazi bütövlüyümüzün bərpası istiqamətində aparılan əməliyyatlarda yaxından iştirak etmək arzularını ifadə edirlər.

APA.az

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Ermənilər daha 2 dinc sakini yaraladı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: