Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xankəndidə məskunlaşan ermənilər Talışa qayıtmaq istəmirlər

Ermənistan hakimiyyəti və Xankəndidəki separatçılar Talış kəndini tərk edən erməniləri yenidən evlərinə qaytarmaq istəyirlər.

Avropa.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzi adından onun rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Ekspertin sözlərinə görə, bunun üçün separatçılar Talış kəndinin keçmiş sakinlərinə “Sizə yeni evlər tikəcəyik”, “pul verəcəyik” kimi müxtəlif yağlı vədlər verirlər: “Ancaq Ermənistanın müxtəlif rayonlarında və Xankəndidə məskunlaşan ermənilər Talış kəndinə qayıtmaq istəmirlər. Onlar nə təzə ev, nə də pul istəyirlər, yeganə istəkləri Talışda təhlükəsizliklərinin təminatıdır. O da işğal davam etdikcə, mümkün deyil və bunu Talış kəndinin erməni sakinləri Ermənistan hakimiyyətindən və Xankəndidəki separatçıların liderlərindən daha yaxşı anlayırlar”.

E.Şahinoğulunun fikrincə, sadə ermənilərə bu təklifi edənlərin özləri heç zaman həmin ərazilərdə yaşamazlar: “Separatçıların “prezidenti” Bako Saakyan Talış kəndinin Marine Saakyan adlı azyaşlı uşaq anasına bu sözlərlə müraciət edib: “Sizə hər cür şərait yaradacağıq, qayıdın kəndinizə”. Qadının cavabı maraqlı olub: “Talış kəndinin məskunlaşdırılması sizə bu qədər çox lazımdırsa, qoy sizin ailəniz bizim evə köçsün və Azərbaycan ordusu ilə təmas xəttində yaşasın, biz isə Xankəndidə ağır şəraitdə də yaşamağa hazırıq”. Heç yaşayarmı? Köçəryan, Sərkisyan və Saakyan kimilər başqalarını yalnız ölümə verməyə qadirdilər, özləri keflərindən qalmazlar…”

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Quba və Sumqayıtda qaz kəsiləcək

%d bloqqer bunu bəyənir: