Now Reading:
Xanabad yolu bərbad gündə – Fotolar
Full Article 30 second read

Xanabad yolu bərbad gündə – Fotolar



Xaldan-Balakən magistral yolunun Yevlax rayonu ərazisindəki hissə bərbad haldadır.

24saat.org-a şikayət edən bir qrup sürücü qeyd edir ki, yolun Xanabad kəndindən keçən hissəsi isə lap bərbad vəziyyətdədir. Yoldakı çuxurların dərinliyi bəzi yerlərdə 15-20 santimetr, eni isə yarım metrdən çoxdur. Hər gün yüzlərlə maşının hərəkət etdiyi yolda çuxurlardan yayınmaq istəyən sürücülər real qəza vəziyyəti ilə üz-üzə qalırlar. Bəzi yerdə isə avtomobillər yolun kənarı ilə hərəkət edirlər. Yol İstismar İdarəsi yolun təmiri ilə məşğul olmur.

mjh

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: