Xamneyi: “Hər kim ABŞ-a inanırsa, böyük səhv edir və yumruq yeyəcək”


“Hər kim, yaxud hər hansı hərəkat ABŞ-a inanırsa, böyük səhv edir və yumruq yeyəcək”.
“Report” İran KİV-nə istinadən xəbər verir ki, bunu İranın ali dini lideri ayətullah Əli Xamneyi İran inqilabının lideri Ayətullah Xomeyninin vəfatının 27-ci ildönümünə həsr edilən toplantıda bildirib.

O, Tehranın regional məsələlər üzrə ABŞ və Böyük Britaniya ilə əməkdaşlıq etməyəcəyini vurğulayıb.

” “Böyük şeytan” (ABŞ-ı nəzərdə tutur – “Report”) və “xəbis” Britaniya nüvə məsələsi üzrə razılaşmadakı öhdəliyin yerinə yetirilməsi üçün insan haqları və terrorçuluğun himayə edilməsi kimi müxtəlif bəhanələri əlində əsas tutur”, – deyə ali lider vurğulayıb.

Ötən ilin iyulunda ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya İranla Tehranın nüvə probleminə dair razılaşma imzalayıb. Həmin sənəddə İran sərmayələrin qoyulmasına, xarici ölkə, o cümlədən İslam Respublikasının ABŞ banklarında hesablarına qoyulan həbslərin götürülməsi və başqa qadağaların götürülməsi nəzərdə tutulub. Ancaq bu il aprelin 21-də ABŞ-ın Ali Məhkəməsi İranın bu ölkədə dondurulmuş bank hesablarından 2,65 milyard dolların amerikalı zərərçəkən ailələrə verilməsi haqda qərar qəbul edib.

Qərara əsasən, 2,65 mlrd. dollar ABŞ-ın 241 əsgərinin ailəsinə veriləcək.

1983-cü il oktyabrın 23-də Livanın Beyrut şəhərində “İslami-Cihad” və “Hizbullah”ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində isə 58 fransız əsgər ölüb.

1979-cu il İslam inqilabından sonra İranın ABŞ banklarındakı hesabları dondurulub. Ötən ilin yayında İslam Respublikası ilə beynəlxalq vasitəçilər arasında əldə edilən razılaşmadan sonra həmin hesablara qoyulan sanksiyalar yumşaldılıb.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Rusiya ilə münasibəti yalnız CHP bərpa edə bilər

%d bloqqer bunu bəyənir: