Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xalqın iradəsi repressiya maşınını bu dəfə də durdura bilər və durdurmalıdır

AXCP sədri Əli Kərimli facebook səhifəsində köməkçisi və “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin həbsinə münasibət bildirib:

“Azadlıq” qəzetinin direktoru, AXCP-də mənim köməkçim Faiq Əmirlini həbs ediblər. Faiq bəyin heç bir qanunsuz əməlindən söhbət gedə bilməz. Ona qarşı hansı ittiham irəli sürülsə, saxta olacaq. Rejim açıq-aşkar Şimali Koreya yolu seçib. Lakin xalqın iradəsi repressiya maşınını bu dəfə də durdura bilər və durdurmalıdır. Biz gənclərimizin, övladlarımızın Şimali Koreya tipli bir ölkədə yaşamasına imkan verə bilmərik. Bir millət kimi hamılıqla səfərbər olunmalıyıq. Mən millətimizin ədalətinə də, cəsarətinə də inanıram. 21-ci əsrdə feodal təfəkkürlü insanların qurduğu rejim uzun müddət qalib ola bilməz. Bir az tez, bir az gec, bir az asan, bir az çətin qələbə xalqındır, xalq hakimiyyətinindir!

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“O zaman Ərdoğan növbəti Atatürk elan ediləcək…”

%d bloqqer bunu bəyənir: