Now Reading:
“Xalq dinc, demokratik yolla nəyinsə dəyişəcəyinə inamını itirib”
Full Article 50 second read

“Xalq dinc, demokratik yolla nəyinsə dəyişəcəyinə inamını itirib”



Sülhəddin Əkbər: “Repressiyalar xalqı siyasi səhnədən uzaqlaşdırıb”

AZDP sədri, politoloq Sülhəddin Əkbər 24saat.org-a açıqlamasında müxalifətin sentyabr ayında keçirdiyi aksiyaları dəyərləndirib. Aksiyalara xalqın dəstək vermədiyini vurğulayan politoloq, bunun səbəblərinə aydınlıq gətirib, habelə aksiyaların əhəmiyyətini yüksək qiymətləndirib: “Aksiyalar keçirmək partiyaların qanunla müəyyən edilən hüquqlarından biridir. Vətəndaşların öz hüquqlarından istifadə etməsi də təqdirəlayiq haldır. Amma çox təəssüf ki, Azərbaycanda xalq aparılan repressiya siyasəti nəticəsində siyasi səhnədən qismən də olsa uzaqlaşdırılıb. Seçkilərin nəticəsinin davamlı surətdə saxtalaşdırlması xalqın demokratik qüvvələrə inamı sarsıdıb. Bu isə xalqın narazılığına baxmayaraq, onun kütləvi aksiyalara dəstək verməməsində özünü göstərir. Xalq dinc, demokratik yolla nəyinsə dəyişəcəyinə, hakimiyyətin siyasətində müsbətə doğru dönüş olacağına öz inamını itirib. Bu isə təəssüf ki, siyasi aksiyalara münasibətdə özünü açıq şəkildə göstərir. Bütün bunlarla birlikdə siyasi aksiyalarım keçirilməsini yülsşəık qiymətləndirirəm”. Seymur Əliyev

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: