Now Reading:
“Xalq Bank”ın binasındakı partlayışda 3 nəfər yaralanıb
Full Article 40 second read

“Xalq Bank”ın binasındakı partlayışda 3 nəfər yaralanıb



Bakıda ötən gün baş verən partlayışın təfərrüatları məlum olub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hadisə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən banklardan birinə (“Xalq Bank”) məxsus ümumi sahəsi 80 kv/m olan nasosxanada qeydə alınıb.

Partlayış nəticəsində 40 kv/m ərazi uçub. Hadisə zamanı ərazidən keçən Bakı şəhər sakinləri – Gülxar Quliyeva, Namiq Səmədov və Əli Babayev xəsarət alıblar. Xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib.

Nazirlikdən həmçinin bildirilib ki, baş verən partlayış nəticəsində çoxlu sayda avtomobilə ziyan dəyib, bir gözəllik salonu, bir aptek və bir evin pəncərələri sınıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: