Loading...
Loading...

“Xalq bank”da baş verən partlayış barədə açıqlama

Bu gün səhər saatlarında “Xalq Bank”ın baş ofisində partlayış baş verməsi barədə bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu “Xalq Bank”ın Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşən Eynullayev bildirib.

E. Eynullayev deyib ki, baş ofisə yaxın ərazidə baş verən partlayışın bankla əlaqəsi yoxdur. O, hazırda hadisə yerində Fövqəladə hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışdıqlarını, yaxın ərazidə park olunmuş avtomobillərə ciddi ziyan dəydiyini də bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında “Xalq Bank”ın baş ofisinin yaxınlığında partlayış olub. Hadisəyə ilkin ehtimal kimi qaz sızması göstərilir. Hadisə ilə bağlı hələki rəsmi məlumat yayılmayıb. (apa)

****
Səhər saat 9.00-da Xalq bankın anbarında partlayış baş verib. Hazırda ətraf təmamilə mühasirəyə alinib. Yaxınlıqda yerləşən maşınlara ciddi xəsarət dəyib.

Qeyd edək ki, “Xalq bank”ın baş ofisi İnşatçılar prospektində “Elmlər akademiyası” metro stansiyasının şaxtasınn yaxınlığında yerləşir. Partlayışın səbəbi bilnimir. (ann.az)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Bir kişi və bir qadının özlərini asdıqları deyilir

%d bloqqer bunu bəyənir: