Loading...
Loading...

“Xalq Bank”da 20 dəfə azalma

“Xalq Bank” 2015-ci ili 598 min 950 manat xalis mənfəət ilə başa vurub.

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bu, 2014-cü illə müqayisədə 20 dəfə azdır. Səbəb bankın gəlirlərinin azalmasıdır.

“Xalq Bank” 2014-cü ildə 12 milyon 271 min manat xalis mənfəət açıqlamışdı.

Ötən ili Bankın faiz gəlirləri 84 milyon 454 min manat, faiz xərcləri isə 36 milyon 604 min manat təşkil edib.

Bank qeyri-faiz gəlirləri üzrə 4 milyon 855 min manat zərər edib. Səbəb məzənnə dəyişməsi nəticəsində yaranmış 14 milyon 718 min manatlıq zərərdir.

Buna baxmayaraq, bank ili 29 milyon 787 min manat əməliyyat gəliri ilə başa vurub. Bankın 28 milyon 545 min manat əməliyyat xərcləri və 141,2 min manat ayırma çıxıldıqdan sonra 1 milyon 384 min manat vergidən əvvəlki mənfəəti qalıb. Bank ötən il 784 min 776 manat mənfəət vergisi ödəyib.

31 Dekabr 2015-ci il tarixinə “Xalq Bank”ın cəmi aktivləri 1 milyard 580 min manat, kredit portfeli 1 milyard 288 min manat, öhdəlikləri 1 milyard 371 min manat, cəmi kapitalı isə 209 milyon 240 min manat təşkil edib.

Click to enlarge image xb1.jpg

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Yeni kreditləşmə modeli elan ediləcək

%d bloqqer bunu bəyənir: