Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xalq artistinin nəvəsinin ölümündən xəbəri yoxdu

“Rayondan gəlmişəm. İstidir. Bu haqda məlumatım yoxdur”. Bunu Teleqraf.com-a açıqlamasında xalq artisti Tariyel Qasımov nəvəsi Fariz Kərimlinin ölüm xəbəri haqda danışarkən deyib.

Aktyorun sözlərinə görə qızı və nəvəsiylə əlaqəni illər əvvəl kəsib: “Münasibətimiz yox idi. Sonra bir video paylaşdı, məni biabır etdi. Ölümündən xəbərim yoxdur. İndi rayondan gəlmişəm. İstidir. Bir az özümə gəlim. Üzrlü sayın”.

Qeyd edık ki, bu gün uzun sürən xəstəlikdən sonra azərbaycanlı şair və paralimpiyaçı Fariz Kərimli dünyasını dəyişib. Bunu Trend-ə onun ailə üzvləri deyiblər. 27 yaşlı F.Kərimli böyrək çatışmazlığından vəfat edib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bu siqaretlərin qiyməti yenidən endirildi — SİYAHI

%d bloqqer bunu bəyənir: