Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
xacmaz

Xaçmazın sirli ağacı: “Kəsmək olmur” – VİDEO

Yolun ortasındakı çinar ağacları Xudat-Yalama avtomobil yolunun 14-cü kilometrliyindədir.

24saat.org “ARB Şimal”a istinadən xəbər verir ki, 38 il əvvəl bu ərazidə ilk dəfə yol çəkiləndə layihəyə əsasən ağaclar kökündən çıxarılmalı imiş. Amma həmin vaxt baş verən hadisələr iş icraçılarını fikrindən daşındırıb.

Yerli sakinlərin çinarların çıxarılmasına etiraz etməsi məsələnin daha da böyüməsinə səbəb olub. Həmin vaxt Xaçmazda birinci katib vəzifəsində çalışan Aslan Nəsibov layihənin dəyişdirilməsi üçün Nazirlər Kabinetinə müraciət edib. Çünki yolun ağaclara görə başqa ərazidən keçməsi əlavə vəsait tələb edirdi.

Bu müraciətdən sonra layihədə dəyişiklik edilir və ağacların yolun ortasında saxlanılmasına qərar verilir: “Sovet vaxtı bu yol təzə tikiləndə, traktor bunu çəkəndə “tros” qırıldı. 2-ci traktor gəldi. O da eyni problemi yaşadı. Bunu gördülər və dayandılar. Kəsmək olmur”.

Xudat-Yalama-Zuxuloba yolu bu il Azəravtoyol ASC tərəfindən yenidən qurularaq istifadəyə verilib. Yolun çəkilişi zamanı çinar ağacları saxlanılıb. Hərəkət isə məneəni sağdan-soldan keçməyi bildirən nişanların köməyi ilə təşkil olunub: “Bizim Yalama kəndinin 2 sakini gəlib bura. Daha sonra gediblər Xudata, ordan qayıdanda qəza törədiblər”.

2 hərəkət zolaqlı yolun uzunluğu 24 km, eni isə 7,5 m-dir. Yol 28 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycan dünyanın ən çox ət yeyən ölkələri arasında

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: