Xaçmazda maşın kanala düşüb – 4 NƏFƏRİN AXTARIŞLARI APARILIR


Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Ərazidən keçən minik maşını idarəetməni itirərək Xan arxına düşüb.

Avtomobildə 4 nəfər olub. Onların hamısının Gödəkli kənd sakinləri olduqları bildirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Regional İdarəsinin dalğıc- xilasediciləri kanalda itkin düşənlərin axtarışlarını davam etdirirlər. Axtarış işlərini asanlaşdırmaq məqsədi ilə kanalda suyun həcmi azaldılıb. (“Report”)

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Azərbaycanda 2 uşaq anası başqa kişiyə qoşulub qaçdı — ŞOK

%d bloqqer bunu bəyənir: