Advertisements
24 saat

Xaçmaz sakini bacanağını qәtlә yetirdi


Qubada törədilmiş qətllə bağlı yeni təfərrüatlar məlum olub.

Hadisə rayonun Nügədi Qazmalar kəndində qeydə alınıb. Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Nəsirov Emin Məhəmməd oğlu münaqişə zəminində bacanağı, Quba rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Nemət İsmayıl oğlunu bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisə sərxoş vəziyyətdə olan bacanaqlar arasında mübahisə zəminində baş verib.

Artıq qətli törədən Emin Nəsirov Quba polisi tərəfindən saxlanılıb.

Rayon prokurorluğunda cinayət işi başlanıb.

Araşdırmalar davam edir.

***

Bu gün Quba rayonunda qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, iyulun 8-də Quba rayonunun Nügədi-qazmalar kəndində Birinci Nügədi kənd sakini Neymət Xəlilovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Quba RPŞ tərəfindən əməliyyat axtarış tədbirləri aparılır. (apa)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: