Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xəzərdən daha bir meyit ÇIXARILDI

Dünən dənizdə batmış gəncin meyiti tapılıb.

 

24saat.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, iyulun 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı və 50 metr dənizin içərisində, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Bu gün 1989-cü il təvəllüdlü Şahverdiyev Cavid Nəbi oğlunun cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 08:16-da başa çatıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanda bir gündə 7 nəfər dənizdə BOĞULDU

%d bloqqer bunu bəyənir: