Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Xəzər Lənkəran”ın baş məşqçisi: “Hakim futbolçularımı söyüb”

Azərbaycan Premyer Liqasının 36-cı turunda “Rəvan”la qarşılaşan “Xəzər Lənkəran” rəqibi ilə bərabərə qalıb – 2:2. ANS PRESS-in məlumatına görə, cari mövsümün nəticələrinə görə “Xəzər Lənkəran” Premyer Liqa ilə vidalaşıb.

Qarşılaşmadan sonra cənubluların baş məşqçisi Ağadadaş Həmidov oyunla bağlı fikirlərini səsləndirib: “Bundan əvvəlki oyunlarda baxımlı futbol sərgiləsək də, nəticə yox idi. Ancaq bu gün sırf qələbəyə görə oynadıq. İmkanlarımızdan maksimum istifadə etmək istəyirdik. Qollar da vurduq. Nə deyəcəyimi bilmirəm. Hakim futbolçularımı təhqir edib. Futbolçu ağlaya-ağlaya yaxınlaşdı ki, hakim onu söyüb. Uzun müddətdi futboldayam. Komandanı meydandan çıxrmaq düz olmazdı. Belə bir addın atsaydıq, hamı bizi qınayacaqdı ki, cənublular canlı efirdə oyundan yarımçıq çıxdı”.

Ağadadaş Həmidov

“Xəzər Lənkəran” Azərbaycan çempionatında oynamaqdan imtina edə bilər. Cənublular birinci divizionda da iştirak etmək fikrində deyil. Bu barədə ANS PRESS-ə açıqlamasında “Xəzər Lənkəran”nın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib.

“Oyundan sonra uşaqlar ağlayırdı. Hakimlәr bizә qarşı qәrәzlidir. Gələn həftə qәrarımızı açıqlayacağıq. Ümidverici heç nә yoxdur. Bu hakimliklə oynamağın nə mənası. Bu cür oyunu hakim korladı”,- deyə Hüseyn Cəbrayıloğlu bildirib.

Matçın gedişində cənublular hesabda öndə olsa da, matçın 82-ci dəqiqəsində oyunun baş hakimi Ramil Diniyevin təyin etdiyi şübhəli penaltidən sonra hesab bərabərləşib -2:2.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Yunis Hüseynov: ” Xəzər Lənkəran” Premyer Liqada qalacaq”

%d bloqqer bunu bəyənir: