Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Xəzər Lənkəran”dan Azərbaycan çempionatına imtina – Hakimliyə görə

“Xəzər Lənkəran” Azərbaycan çempionatında oynamaqdan imtina edə bilər. ANS PRESS-in məlumatına görə, cənublular birinci divizionda da iştirak etmək fikrində deyil.

Bu barədə ANS PRESS-ə açıqlamasında “Xəzər Lənkəran”nın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib.

“Oyundan şonra uşaqlar ağlayırdı. Hakimlәr bizә qarşı qәrәzlidir. Gələn həftə qәrarımızı açıqlayacağıq. Ümidverici heç nә yoxdur. Bu hakimliklə oynamağın nə mənası. Bu cür oyunu hakim korladı”,- deyə Hüseyn Cəbrayıloğlu bildirib.

Hüseyn Cəbrayıloğlu

Azərbaycan Premyer Liqasının 36-cı turunda “Rəvan”la qarşılaşan “Xəzər Lənkəran” rəqibi ilə bərabərə qalıb – 2:2.

Matçın gedişində cənublular hesabda öndə olsa da, matçın 82-ci dəqiqəsində oyunun baş hakimi Ramil Diniyevin təyin etdiyi şübhəli penaltidən sonra hesab bərabərləşib -2:2. Cari mövsümün nəticələrinə görə “Xəzər Lənkəran” Premyer Liqa ilə vidalaşıb.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Qarabağ”ın çempionluq kuboku – FOTO

%d bloqqer bunu bəyənir: