Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xəzər Dəniz Gəmiçiliyində rüşvət qalmaqalı

 

Rauf Vəliyevin işçisindən prezidentə şok müraciət 

“Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işə düzəlmək üçün məndən 5000 dollar rüşvət istədilər”. Bu iddia Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 40-da yaşayan Fariz Həsənovun prezident İlham Əliyevə və xanımı Mehriba Əliyevaya ünvanladığı müraciətdəndir. Fariz Həsənov müraciətin bir surətini də 24saat.org-a göndərib. Şikayətçi yazır ki, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də işə düzə bilmədiyinə görə xarici şirkətlərə üz tutut. Bir neçə il xarici şirkətlərdə cüzi maaşa işləyib. Lakin sonradan ixtisara düşüb: “2 ildir ki, işsizəm. Bu 2 ildə ailəm dağıldı. Təbii ki, aclığa, ehtiyaca görə. İşsiz olduğuma görə aliment verə bilmirəm. Məhkəmə isə buna görə həbs cəzası verməyə hazırlaşır. Cənab prezident, mən cinayətkar deyiləm. Sadəcə sizin də dəfələrlə müşavirələrdə barmaq silkələdiyiniz xalqı vecinə almayan məmurların qurbanıyam.

Təsəvvür edin, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin qəbulunda olmuşam. O, mənə söz verdi ki, arxayın ol, səni işə götürəcəyik. Hətta bununla bağlı Kadrlar İdarəsinin rəisi Sevda Məmmədovaya da göstəriş verdi. Amma Sevda Məmmədova mənə deyir ki, matros işləmək üçün ali savad lazımdır. Mənim ali savadım olsaydı matros niyə işləyirdim ki? Mən dənizçilik peşə məktəbini bitirmişəm. Matros işləmək üçün bu kifayətdir. Siz heç universitet, yaxud akademiya bitirib matros işləmək istəyən görmüsünüzmü? Sevda Məmmədova məni işə götürməmək üçün belə absurd fikirlər səsləndirir.

Mənə deyir ki, “işə mən götürmürəm, get sədrin yanına”. Axı sədr özü ona mənim yanımda göstəriş verib. Görünür, bu idarədə subardinasiya tərsinədir. Yəni, kadrlar idarəsini rəisi sədrə, sədr ona tabedir. Mümkündür, əgər, bu idarənin səlahiyyətli şəxsi matros işləmək üçün ali savadın vacib olduğunu deyirsə, o zaman niyə sədr tabeliyində olan şəxsə tabe olmasın ki?

Əslində məsələ belədir ki, bu idarədə işə düzəlmək üçün tanışın olmalıdır və müəyyən şərtləri yerinə yetirməlisən. Mənim tanışım yoxdur, pulum da yoxdur. İndi mən acından ölməliyəm?!

Mən 15 il ən müxtəlif gəmilərdə işləmişəm. Bosmanlığa qədər yüksəlmişəm. İşimdə heç vaxt nöqsan olmayıb. Amma mənim kimi kadra burada iş tapılmır.

Cənab prezident, faktiki olaraq ailəmə ruzi qazanmağa imkan vermirlər. Onların balaları toxdur, ona görə ac uşaqlardan xəbəri yoxdur.

Cənab prezident, Mehriban xanım, dəfələrlə anam da, mən də sizə məktub yazıb bu problemin həlli ilə bağlı kömək istəmişik! Siz də kömək etməsəniz, o zaman mən nə edim?”

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

%d bloqqer bunu bəyənir: