Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
63001

Xətaidəki yanğınla bağlı məhkəmə prosesi davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxs qismində Xuraman Hüseynova ifadə verib. O, ifadəsində həmin vaxt binada kirayə yaşadığını deyib: “Ev yananda mənə də ziyan dəyib. Bütün əşyalar yandı. 4 min manat kompensasiya almışam”.

Prosesdə şahid qismində Akif Musayev ifadə verib. O, tikintinin olduğu ərazidə sahə rəisi olub: “Ümumilikdə 155 binaya nəzarət edirdim. Yalnız yanan bina əslində mənə aid olmayıb. Sadəcə işdən tapşırıq əsasında həmin binadakı işlərədə baxmışam”.

Daha sonra məhkəmədə “TNH” şirkətinin mühasibi Könül Abbasova ifadə verib. O bildirib ki, rəhbərlik tərəfindən verilən tapşırıqları icra edib. Məhkəmə oktyabrın 25-ə təyin edilib.
Yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi ağır nəticələrə səbəb olan yanğınla nəticələnib.

Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar.
Nüsrət Muxtarov iyulun 13-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında vəfat edib. Nüsrət Muxtarovun cinayət işi üzrə hüquqi varis oğlu müəyyən edilib. Hüquqi varis Nüsrət Muxtarov tərəfindən ödənilməli olan dəymiş ziyanı qarşılayacaq.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Bakıda bazarı su basdı – satıcılar vedrə bağlayaraq gəzir – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: