Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
xestexana

Xəstəxana qabağını satan başçı tikintini saxlamadı – Lənkəranda

Məlum olduğu kimi, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qarşısı satılıb və tikinti meydançasına çevrilib.

Bu biabırçı hadisə mətbuatda səs-küy qoparıb. Yerli sakinlər sosial şəbəkələrdə rayon rəhbərliyinin addımını sərt tənqid ediblər.

24saat.org-un əldə etdiyi məlumata görə, xəstəxananın qabağı satılandan sonra önündə aptek, ərzaq dükanı və geyim mağazası inşa olunacaq.

Artıq tikinti işləri davam edir və məsələnin ictimailəşməsi heç də işi dayandırmayıb. Sakinlərin sözlərinə görə, icra başçısı Taleh Qaraşov hər yeri qarış-qarış satıb və artıq peşkəş etməyə ərazi qalmayıb. Odur ki, ən “yemli” ərazini – xəstəxananın qabağını satıb. Bu faktı Səhiyyə Nazirliyi də təsdiq edib.

Sakinlərin bildirdiyinə görə, yeni təmir olunan xəstəxana 8 ay əvvəl istifadəyə verilib və 2013-cü ildə isə prezident İlham Əliyev yenidənqurma işlərindən sonra açılışında iştirak edib.

Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib. Nazirlikdən verilən məlumata əsasən, satılan ərazinin xəstəxanaya aidiyyatı yoxdur: “Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun sahəsi üzrə idarəetmə həyata keçirir.

Xəstəxananın həyətindən kənar hissəyə rəhbərlik cavabdeh deyil. Həmin ərazini yerli icra hakimiyyəti sata və ya icarəyə verə bilər. Bir daha qeyd edirik ki, həmin ərazinin Lənkəran Rayon Mərkəzi Xəstəxanasına heç bir aidiyyatı yoxdur və kənar sahədir”.

RİH-nin mövqeyini dərc etməyə hazırıq.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Gözəl Bayramlı: “Tariximizin ən ağır repressiya dövrünə şahidlik edirik”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: