Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xərçəngə tutulan azərbaycanlı məşhur: “Yaşamaq istəyirəm” – FOTOLAR

Bakıda yerləşən Qanköçürmə xəstəxanasında xərçəng diaqnozu qoyulmuş tanınmış rejissor Şahin Zəkizadə yaşamaq uğrunda mübarizə aparır. Primetime.az-ın telefon zənginə cavab verən Şahin xəstəliyə qalib gələcəyinə çox inanır: 

“Həkimlər deyir ki, qanda olan bu dərdin fəsadı özünü tez bir zamanda göstərir. Yəni, öncədən heç nəyi bilmək olmur. Nə qədər çətin olsa da, ruhdan düşmürəm. Ailəm, övladlarım, sənətdə imza atacağım uğurlarım üçün yaşamaq istəyirəm. Allahın və xeyixah insanların köməkliyi ilə bu ağır günləri geridə qoyacağıma ümid edirəm”.
Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə isə həyat yoldaşının sağalması üçün tələb olunan maliyyə vəsaitinin məbləğini açıqlayıb: “Şahinin müalicəsi Türkiyədə mümkündür. İstanbula gedənə qədər müəyyən prosedurlar var ki, onu etməliyik. Həkimlər hələlik 20 min manat lazım olduğunu deyir. Biz bu məbləği toplamaq gücündə deyilik. İmkanlı şəxslərin yardım edəcəyinə inanırıq”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Qarabağda erməni əsgəri ölüb

%d bloqqer bunu bəyənir: