Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
4463

“Xədicə qazamat həyatını bir çox başıpapaqlı kişilərdən ləyaqətlə başa vurub” – VİDEO

Mahmud Hacıyev: “İndiki situasiyada “kişi olun, kişisiz ə” rədifli şeir yadıma düşür”

Sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev Moderator.az-a açıqlamasında jurnalist Xədicə İsmayılla bağlı son vaxtlar səsləndirilən tənqidi fikirlərə münasibət bildirib. M.Hacıyev X.İsmayılla bağlı səsləndirilən tənqidləri əsassız adlandırmaqla yanaşı, onu ittiham edənləri dəobyektiv olmağa səsləyib:
“Hər şeyin müəyyən bir həddi var. Mərdi qova-qova namərd etməzlər. Müəyyən yazılmamış peşə qanunları da var. Eyni peşə sahibkəri bir çox hallarda bir-birlərinə arxa-dayaq olurlar. Çox təəssüflər olsun ki, bu gün Xədidə İsmayılın üstünə düşənlərin çoxu elə onun öz həmkarlarıdır. Ona qarşı çıxanlardan biri iddia edir ki, Xədicə xanımın siyahısında siyasi məhbus kimi çox adamın adı yer alıb və bu, onu göstərir ki, o, iqtidara işləyir. Bu məntiq və yanaşmanın özü olduqca gülməlidir. Çünki söhbət siyasi məhbuslardan gedirsə, aydındır ki, onun sayının çox göstərilməsi iqtidarın xeyrinə yox, ziyanınadır. Siyasi məhbusların az göstərilməsi iqtidarın marağına daha çox cavab verir.
Azərbaycan Rusiya deyil ki, qərbin şərqdə, şimalın cənibda baş verən ləyaqətsiz işlərdən xəbəri olmasın. Bu ölkədə kimin əli kimin cibindədir, hamıya məlumdur.
X.İsmayılla bağlı tənqidi fikir bildirənlərin bəzisi isə ehtimalla vurğulayır ki, ola bilsin ki, o, həbsxanadan çıxmaq üçün üzərinə müəyyən öhdəlik götürüb. Xədicə bir çox başıpapaqlı kişilərdən fərqli olaraq qazamat həyatını kişiyana, ləyaqətlə başa vurdu. Bu barədə şəxsən mən kifayət qədər məlumatlıyam. Kiməsə ittiham elan edəndə ehtimal nəzəriyyəsinə əsaslanmaq olmaz. Çünki hüquqi işlərdə ehtimalı əkiblər, bitməyib.
Digər siyasi məhbus siyahıları barəsində öz subyektiv fikrini söyləmək və ya fikir mübadiləsi aparmaq nə vaxtdan iqtidara işləmək hesab olunur? Ümumiyyətlə, oxucuları, xüsusilə də məhkəmə-istintaq işindən, qazamat həyatından kifayət qədər məlumatlı insanları avam hesab etmək olmaz. Bu məqamda rəhmətlik Məmməd Arazın bu misrası yada düşür: “Biz niyə bu günə qaldıq, ay dədə”.
Rəsulzadənin heykəlinə qarşı hörmətsizlik ediləndə internetdə gənc bir qəzəlxan və meyxana ustadının “kişi olun kişisiz ə” rədifli bir şeiri yayıldı. Hesab edirəm ki, X.İsmayılla bağlı indiki situasiyada bu şeirə diqqət etmək yerinə düşər”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Televizorlar göstərmirsə, problemi belə həll edin – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: