Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xədicə İsmayılova cərimə ödəməkdən azad edildi

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Elman Türkoğlunun ona qarşı iddiası ilə bağlı iş üzrə amnistiyaya düşüb.

Bu barədə virtualaz.org saytına vəkil Yalçın İmanov məlumat verib. Vəkil bildirib ki, X.İsmayılova 2500 manat həcmində cəriməni ödəməkdən azad edilib.

Xatırladaq ki, E.Türkoğlu X.İsmayılı onun şərəf və ləyaqətini təhqir edib böhtan atdığı iddiası ilə məhkəməyə müraciət etmişdi.

2015-ci il fevralın 23-də Binəqədi məhkəməsi jurnalisti cərimələyib. O vaxta qədər X.İsmayılova artıq başqa ittihamla həbsdə olub. Mayın 25-də Ali Məhkəmə onun real həbs müddətini şərti cəza ilə əvəzləyib.

İyunun 21-də Binəqədi Rayon Məhkəməsinin məhkəmə qərarlarının icrası şöbəsində X.İsmayılovanın amnistiyaya düşməsi barədə sənədi ona təqdim ediblər.

Buna baxmayaraq, jurnalist bəraət almaq niyyətindədir. X.İsmayılın kassasiya şikayətinə iyunun 28-də Ali Məhkəmədə baxılacaq.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Milli Məclisdə dopinq müzakirəsi

%d bloqqer bunu bəyənir: