Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xədicə İsmayılın məhkəməsinin vaxtı bəlli oldu

AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli olub. Şikayətə Ali Məhkəmədə mayın 25-də baxılacaq. Bu barədə AzadlıqRadiosuna vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Jurnalistin şikayətinə Əli Seyfəliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq. Məhkəmədə Xədicə İsmayılın özünün də iştirakı gözlənilir. O, iki dəfə Ali Məhkəməyə məktubla müraciət edərək, prosesdə iştirak arzusunu ifadə edib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Xədicə İsmayıl ittihamları rədd edir və jurnalist fəaliyyətinə, özəlliklə, hökumətin korrupsiyası, prezident ailəsinin gizli biznesi barədə araşdırma yazılarına görə cəzalandırıldığını bildirir.

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı Xədicə İsmayılı “vicdan məhbusu” elan edib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Xədicə İsmayılın kasassiya şikayətinə gələn həftə baxılacaq

%d bloqqer bunu bəyənir: