Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xədicə İsmayılın həbsxanadan mesajları

xedicemehkeme-yeni2«İlham Əliyev sifarişi verməkdə acizdir»

Araşdırmaçı jurnalist, “Azadlıq” radiosununəməkdaşı Xədicə Ismayıl həbsxanadan iki mesaj göndərib. Jurnalist mesajlarını dünən 4 saylı cəzaçəkməəssisəsində onunla görüşən vəkili Yalçın Imanov vasitəsilə çatdırıb. Xədicənin birinci mesajı Ali Məhkəmədə onun işi üzrə məhkəməbaxışının yubanması ilə bağlıdır.

Vəkil deyir ki, jurnalistin barəsindəki hökmdən kassasiya şikayətini yanvarın 19-da Ali Məhkəməyə təqdim ediblər. Iş hakim Əli Seyfəliyevin icraatına verilib. Amma üstündən üç ay keçməsinə baxmayaraq, hələ də məhkəmə baxışı təyin olunmayıb: “Bu gün də Ali Məhkəməyə gedib, məhkəmə baxışının təyin olunub-olunmaması iləmaraqlandım. Məlum oldu ki, hələ gün təyin edilməyib”.

Hesab edirəm ki, məhkəmə sifariş gözləyir. Ona görə də məhkəmə baxışının gününü təyin etmirlər. Sifarişi isə Ilham Əliyev verməlidir. Ilham Əliyev də sifarişi verməkdəacizdir”, – Xədicə Ismayılın mesajı belədir.

Jurnalist Organized Crime and Corruption Reporting Procect (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi – OCCRP) əməkdaşlarına da minnətdarlığını ifadə edən mesac göndərib: “OCCRP əməkdaşlarını təşəkkür edirəm ki, dayandırmırlar, araşdırmaları davam etdirirlər. Bu çox vadibdir”.

Xədicə Ismayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Curnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin jurnalist ittihamları rədd edir və peşə fəaliyyətinə, xüsusən prezident vəailəsinin gizli biznesi haqda araşdırmalarına görə cəzalandırıldığını bildirir.

Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Xədicə Ismayılı “vicdan məhbusu” elan edib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Əli Kərimli: “Cəmiyyəti qorxutmaq istəyirlər” VİDEO

%d bloqqer bunu bəyənir: