Loading...
Loading...

“Xədicə İsmayılın azadlığı ilə bağlı qərar ən yüksək səviyyədə qəbul edilib”

 

Elçin Şıxlı: “Bu məsələdə həm hakimiyyətin humanizmi, həm beynəlxalq təşkilatların təpgisi rol oynayıb”

“Görünür, hakimiyyətdə müəyyən təbəqə vəziyyətin belə davam etməsinə tərəfdar deyil”

Tanınmış jurnalist Xədicə İsmayılın həbdsən azad edilməsi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təqdir olunmaqdadır. Lakin bu gün əksər şəxsləri düşündürən daha çox bir məsələ var. Xədicə İsmayılın azadlığına görə kimə borcluyuq? Hakimiyyətin humanizminə, yoxsa beynəlxalq təşkilatların təpgisinə?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən fəaliyyətini dayandıran”Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru, media eksperti Elçin Şıxlı bu məsələdə hər iki amilin rol oynadığını vurğulayıb:

“Mən ilk növbədə Xədicəni, onun anasını, yaxınlarını təbrik edirəm. Azərbaycan jurnalistikasını təbrik edirəm. Hesab edirəm ki, bu məsələdə həm mövcud hakimiyyətin humanizmi, həm də beynəlxalq təşkilatların təpgisi rol oynadı. Yəni bu azadlıq hər iki amilin bir araya gəlməsi nəticəsində meydana çıxdı. Beynəlxalq təşkilatların təpgisi uzun müddət idi ki, davam edirdi. Lakin buna əhəmiyyət verən də yox idi. Görünən odur ki, hakimiyyətdə müəyyən təbəqə vəziyyətin belə davam  etməsinə tərəfdar deyil. Bu, ali nöqtə, ali mənsəbdən gələn bir fikirdir. Bu, hansısa hökumət nümayəndəsinin müstəqil iradəsi ilə baş verən hadisə deyil. Bunun üçün ən yüksək səviyyədə qərar qəbul olunur. Şəxsən mən məlum olayı bu konteksdən dəyərləndirirəm”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İqbal Ağazadə üçün “iblis yolu”

%d bloqqer bunu bəyənir: