Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xədicə İsmayılın azadlığa buraxılacağına – Münasibət

ramiz-rzayev2Ali Məhkəmənin sədri Ramiz Rzayev həbsdə olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılacağı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

Ali Məhkəmənin sədri bu məsələ ilə bağlı konkret qərar qəbul olunmadığını deyib: “Bununla bağlı müraciət olubsa, Ali Məhkəmə müraciəti plenuma çıxaracaq. Lakin artıq hər hansısa müraciətə baxılıbsa və qərar qəbul edilibsə, Ali Məhkəmə ikinci dəfə məsələyə baxmayacaq. Bu işlə bağlı ya müraciət olunmalıdır, ya da Baş Prokurorluq protest verməlidir. Bu müraciətlər olmasa, biz hər hansısa işə baxa bilmərik”.

Xatırladaq ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Hökmdən apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Jurnalist Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Trend.az

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı – Rəsmi Açıqlama

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: