Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xədicə İsmayılın apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Vaqif Mursaqulov sədrlik edib. Prosesdə qərar elan olunub. Qərara görə, apellyasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, X.İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Mayın 25-də Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qarabağdakı vəziyyət BMT BA-nın 71-ci sessiyasının gündəliyinə salındı

%d bloqqer bunu bəyənir: