Loading...
Loading...
xi

Xədicə İsmayıl: Yalnız hakim ailə ilə münasibətləri pozulan məmurlar cəzalandırılacaq

Korrupsiya barədə məlumat verənlərin gizliliyi qanunla qorunacaq

Prezident İlham Əliyev noyabrın 7-də “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı Qanunu təsdiqləyib.

Dəyişikliklər qanuna 11-1 və 11-2-ci maddələrin əlavə edilməsini nəzərdə tutur.

Qanuna əlavə edilən 11-1-ci maddə korrupsiya faktları ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə prosedurunu nəzərdə tutur.

Bundan sonra korrupsiya faktları ilə bağlı bilgiləri hər bir şəxs yazılı, elektron və ya şifahi formada verə bilər. Dövlət və bələdiyyə orqanları rəhbərləri həmin qurumlardakı korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsindən ötrü struktur bölmə müəyyən etməlidir. Korrupsiya ilə üzləşən işçilər bununla bağlı həmin struktur bölmələri məlumatlandıra bilərlər.

Məlumatı alan vəzifəli şəxs onu qeydə almalı, 20 iş günü müddətində araşdırmalı və nəticəsini məlumat ötürənə bildirməlidir.

Qanuna əlavə edilən 11-1-ci maddə isə korrupsiya faktı ilə bağlı bilgi verənlərin dövlət müdafiəsi ilə bağlıdır.

Məlumat verən şəxs özü istəmirsə, səlahiyyətli struktur, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidir. Bu bilgi yalnız korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlana biləcək.

Korrupsiya ilə əlaqədar məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olacaq.

“Hakimiyyətdən bu yöndə mükafatımı almışam”

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik bu il aprelin 14-də qəbul edilib.

Dəyişiklikləri Meydan TV-yə şərh edən araşdırmaçı jurnalist Xədicə İsmayılın sözlərinə görə, hakimiyyətin fəlsəfəsi korrupsiyayla bağlı araşdırma aparanları, bu barədə ictimaiyyəti məlumatlandıranları həbsə atmaqdan ibarətdir: “Ona görə mükafat haqda dediklərinə inanmıram. Artıq hakimiyyətdən bu yöndə mükafatımı da almışam”.

“Praktika dəyişməsə, insanlar korrupsiya barədə məlumat verməkdə çətinlik çəkəcəklər”

Jurnalist hesab edir ki, hökumət vəziyyəti praktikada dəyişməlidir. Korrupsiya barədə məlumat verənlərin şikayəti narazı qaldıqları məmurlara göndərilməməlidir, birinci bu praktika aradan qaldırılmalıdır:

“Təsəvvür edirsiniz, şikayəti araşdırmaq əvəzinə onu qanunu pozan məmurun üzərinə göndərirlər. Beləliklə, həmin məmur şikayətçidən qisas almağa başlayır. Bu praktika dəyişməsə, insanlar korrupsiya barədə məlumat verməkdə çətinlik çəkəcəklər. Yaxşı olar ki, hələ mükafat istəmədən məlumat verənlərin şikayətlərini, yaxud yazdıqlarını araşdırsınlar. İndiyə qədər mən və həmkarlarım onlarla araşdırma yazmışıq. Nəticəsi varmı? Xeyr. Hökumət qanunlara kosmetik dəyişikliklər etmək əvəzinə, ortayasiyasi iradə qoymalıdır”.

“Korrupsiya barədə məlumat verənləri necə qoruyacaqlar?”

Xədicə İsmayıl deyir ki, korrupsiyaya görə cəza mexanizmini işə salmalıdırlar. Sual yaranır; korrupsiya barədə məlumat verənləri necə qoruyacaqlar?

“Məsələn, hökumət Akif Çovdarovdan şikayət edəni qoruduğunu deyərdi, amma generalın onun bütün məlumatlarına çıxışı var. Telefon dinləmələri, elektron yazışmaları nəzarətdədir. Maksimum MİS müdirindən narahatlıq keçirmədən şikayət edə bilərlər”.

Jurnalist bildirir ki, korrupsiya piramidasının başında özləri dayandıqca, yüksək vəzifəli məmurlar cəzalandırılmadıqca, vəziyyət dəyişməyəcək:

“Yalnız hakim ailə ilə münasibətlər pozulanda, cəzalandırmalar olacaq. Necə ki, son aylar bunları gördük”.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Azərbaycanda yeni universitet yarandı – Sərəncam

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: