Loading...
Loading...

Xədicə İsmayıl UNESKO-nun mükafatına layiq görüldü

Araşdırmaçı jurnalist Xədicə İsmayıl beynəlxalq mətbuat azadlığı günü ərəfəsində UNESKO-nun “Gilyermo Kanu dünya mətbuat azadlığı” mükafatına layiq görülüb. 
Bu mükafat 1997-ci ildə təsis olunub. Mükafat Kolumbiyanın “El-Espektador” qəzetinə rəhbərlik etmiş və fəaliyyətinə görə öldürülmüş Gilyermo Kanu İsazanın adını daşıyır. Hər il qalibi müəyyənləşdirmək üçün 14 müstəqil juri rəy verir.
X.İsmayılova 2014-cü il dekabrın 5-dən həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayılovaya 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.
Beynəlxalq hüquq təşkilatları jurnalistin azad olunmasını tələb edirlər.
Arqument.Az

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ölüm xəbəri yayılan əməkdar artist danışdı

%d bloqqer bunu bəyənir: