Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xədicə Ismayıl “kürü korrupsiyasını” araşdıracaqmı?

«Azərbaycan qanunvericiliynə görə, rüşvət vermək cinayət sayılır, ona görə bu tip addımlarla bağlı da araşdırmaya ehtiyac var»

Xəbər verdiyimiz kimi Italiyanın məşhur Il Fatto qəzeti Azərbaycanla bağlı yeni qalmaqal barədə yazı dərc edib. Rəsmi istintaq materiallarına əsasən.

Azərbaycan hökuməti 2 milyon 390 min avro həcmində rüşvət verərək AŞ PA-da Ştrasserin layihəsinin keçməməsinə nail olub. Belə ki,ÿ2013-cü il, yanvar ayının 23-də Avropa Şurasının Parlament Assambleyası Almaniyadan olan deputat Ştrasserin “Azərbaycanda 85 siyasi məhbus”la bağlı hesabatını 79 lehinə, 128 əleyhinə səslə qəbul etmədi. Prokurorların ittihamına görə, bu qərar o zamanlar Italiya deputat heyətinin nümayəndəsi kimi Parlament Assambleyasının sədr müavini olan Luka Volontenin “xarici dövlətin siyasi maraqlarını qorumaq” məqsədilə 2ÿ milyon 390 min avro rüşvət alması hesabına təmin edilib.

Amma Azərbaycan hakimiyyətinin öz şəxsi maraqlarına uyğun olaraq “lobbist” fəaliyyəti ilk dəfə deyil ki, tam çılpaqlığı ilə ifşa olunur.

Bir qədər əvvəl pul əskinasların kəsilməsində rüşvət faktına görə Avstriya prokurorluğu Azərbaycan Mərkəzi Bankına qarşı ittihamlar irəli sürmüşdü.

Sonra Panama rüsvayçılığı və ofşor hesablar aşkarlandı.

2013-cü ilin oktyabr ayının 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etməyə dəvət edilmiş AŞPA müşahidə missiyası Avropa məkanında seçkiləri müşahidə etməyə yeganə mandatı olan ATƏT-in Varşava Bürosunun rəyinə qoşulmaqdan imtina etdi. Avropa tarixində ilk dəfə olaraq ATƏT və AŞPA müşahidəçiləri seçkilərə bir-birinə zidd rəy verdilər. ATƏT missiyası 9 oktyabrda seçkilərin 58 faiz saxtalaşdırıldığın, AŞPA nümayəndələri isə onun azad və demokratik şəraitdə keçirildiyin bəyan etdi. Azərbaycandakı prezident seçkiləri ilə bağlı AŞPA müşahidə missiyasına rəhbərlik etmiş Böyük Britaniyadan olan deputat Robert Volterin rəyi niyə ATƏT-in 58 faiz saxtakarlığı özündə əks etdirən rəyinin tam əksi idi.

O zaman belə bir sual yaranır. Azərbaycan hakimiyyətinin bu tip addımları ümumi araşdırmanın predmeti ola bilərmi?

Araşdırmaçı jurnalist Xədicə Ismayıl bildirdi ki, Ştrasserin layihəsinin qarşısının alınması konkret cinayətdir, burada söhbət rüşvətin alınmasından gedir. Ona görə X.Ismayıl hesab edir ki, üzə çıxan faktlardan Azərbaycan hakimiyyətinin yüngül can qurtarması mümkün olmayacaq: “Əgər həmin cinayətin yerinə yetirilməsi sübut olunarsa, ilk növbədə həmin deputat məsuliyyət daşıyacaq. Bu isə ilk növbədə görk olacaq. Bundan sonra da beynəlxalq təşkilatlar və Azərbaycan hüquq müdafiəçiləri təşəbbüs göstərməlidirlər ki, Ştrasserin hesabatı yenilənmiş variantda səsverməyə qoyulsun”.

Hökumətin beynəlxalq aləmdə təbliği üçün verdiyi rüşvətlərin, “kürü diplomatiyasının” ayrıca araşdırıla biləcəyinə gəlincə isə X.Ismayılın sözlərinə görə, şübhəsiz bu istiqamətdə araşdırmaya ehtiyac var. “Azərbaycan qanunvericiliynə görə, rüşvət vermək də cinayət sayılır. Bəlkə də ictimai bir təşəbbüsə ehtiyac var ki, bununla bağlı bir cinayət işi açın”, deyə X.Ismayıl vurğuladı.

azadliq.info

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Erməni silahlı bölmələri atəşkəs rejimini 9 dəfə pozub

%d bloqqer bunu bəyənir: