Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xədicə İsmayıl İctimai Komitə ilə görüşdən imtina etdi

Həbs yerlərində məhbusların saxlanma vəziyyətinə nəzarət edən Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri ötən həftə qadın məhbusların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər. Orada olarkən onlar araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılla da görüşmək istəyiblər. Lakin jurnalist onlara rədd cavabı verərək, görüşməkdən imtina edib. Səbəb kimi isə bu Komitənin, eləcə də onun tərkibinə daxil olan şəxslərin müstəqil olmamasını göstərib.

Bu barədə Xədicə İsmayıla istinadən jurnalistin vəkili Yalçın İmanov məlumat yayıb.

Xatırladaq ki, Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin Xədicə İsmayıl ittihamları rədd edir və həbsinin səbəbini jurnalist fəaliyyəti, xüsusən hakimiyyətin korrupsiya əməllərinə dair araşdırmaları ilə izah edir.

“Amnesty İnternational” beynəlxalq hüquq–müdafiə təşkilatı Xədicə İsmayılı “vicdan məhbusu” elan edib.

Azadlıq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Prezident Adminstrasiyasının qarşısında deputata qarşı aksiya

%d bloqqer bunu bəyənir: