Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xədicə İsmayıl dövlətin ona verdiyi vəkildən imtina etdi

«Xahiş edirəm, dövlət vəsaitinə və vəkilin vaxtına qənaət eləyin»

Dünən Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın şikayəti üzrə ilkin baxış iclası keçirilib. Jurnalistin bu şikayəti şərti azadlığa buraxılarkən ona təyin olunmuş sınaq müddətində ölkədən çıxışına qadağa qoyulmasıyla bağlıdır. Xədicə Ismayıl xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərə dəvət olunsa da, bu qadağa səbəbindən iştirak edə bilmir. Iyulun əvvəllərində Tbilisidə KIV-in XIII Cənubu Qafqaz konfransına da “Skype” vasitəsilə qatılmışdı.

Xədicə Ismayıl qadağanın aradan qaldırılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə 28 iyun 2016-cı il tarixli qərarı ilə müraciətə “yox” cavabı vermişdi. Jurnalist həmin qərardan apellyasiya şikayəti verib.

Ilkin baxış iclasında Xədicə Ismayıla dövlət hesabına vəkil təyin olunub. Həmin vəkil Mehram Kərimov olub. Lakin jurnalist dövlət hesabına təyin edilmiş vəkilin xidmətindən imtina edib. “Xahiş edirəm, dövlət vəsaitinə və vəkilin vaxtına qənaət eləyin”, – deyə jurnalist məhkəməyə təqdim etdiyi ərizədə imtinasını əsaslandırarkən yazıb.

Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra qərarı açıqlayıb. Qərara əsasən, Xədicə Ismayılın imtinası qəbul olunub. Bundan sonra məhkəmənin gedişində onun hüquqlarını özünün müqavilə bağladığı vəkil Fariz Namazlı müdafiə edəcək. Iş üzrə məhkəmə baxışı avqustun 15-nə təyin olunub.

Xatırladaq ki, Xədicə Ismayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. Lakin o, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

Jurnalist mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə həbsdən buraxılıb.

azadliq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bu gün Azərbaycanda “Milli Kino Günü”dür

%d bloqqer bunu bəyənir: