Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

XƏBƏRDARLIQ: “Azərbaycan əhalisi azala bilər”

“Azərbaycan əhalisi azala bilər. Çünki əhalinin təkrar istehsalı aşağı düşür”.

Bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Q.İbadoğlunun sözlərinə görə, 2013-14-cü illərlə müqayisədə nikahların orta aylıq sayı 43,1 faiz azalıb, boşanmalar isə 4,6 faiz artıb:

“Bu ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 25,0 min nikah və 5,2 min boşanma halları qeydə alınıb. Deməli, bu il orta hesabla ayda 5000 nigah və 1040 boşanma müqaviləsi qeydə alınıb. Ramazan və Məhərrəmlik ayı may ayından sonrakı dövrə təsadüf etdiyini nəzərə alanda il ərzində nikahların orta aylıq sayında daha çox azalma ehtimal oluna bilər. Müqayisə üçün qeyd edək ki, 2013-2014-cü illərdə nikahların orta aylıq sayı 7156, yaxud da bu ilin son 5 ayın göstəricisindən ayda 2156 nigah və ya 43,1 faiz çox, müvafiq dövrdə boşanmaları sayı 992, yaxud ayda 48 nikah və 4,6 faiz az olub. Nikahların sayında kəskin azalma xüsusilə də gənclərin mənzil və iş problemləri, bir sözlə sosial-iqtisadi çətinliklərin atması ilə əlaqələndirmək olar. Bununla yanaşı çox güman ki, boşanmların sayındakı artım ailənin xərclərinin artması, gəlirlərinin azalması və dəyərsizləşməsi səbəbindən dolanışığın pisləşməsi ilə əladədardır. Düşünürəm ki, bu faktlar ölkə üzrə əhalinin təkrar istehsalının aşağı düşməsinə gətirib çıxaracaq, bir sözlə əhalinin sayının artım tempinə mənfi təsir göstərərək. Bu tendensiya uzun müddətli dövrdə belə davam edərsə, Azərbaycan əhalisinin sayı növbəti onilliklərdə azala da bilər”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

ABŞ kəşfiyyatından Qarabağ ANONSU: “Ya Sarkisyan torpaqları qaytaracaq, ya da…”

%d bloqqer bunu bəyənir: