Xəzərdə vertolyot qəzaya uğradı: 5 ölü

 Hazırda qəzanın səbəbləri məlum deyil

İranda baş verən vertolyot qəzası nəticəsində 5 nəfər həyatını itirib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Behşehr valisi Seyid Xalid Səccadiyə istinadən İranın IRINN dövlət televiziyası məlumat yayıb.

O bildirib ki, İran Milli Neft Şirkətinə məxsus “təcili tibbi yardım” vertolyotu bilinməyən səbəblərdən Xəzər dənizinə düşüb.

Səccadi, vertolyotun yaralı təxliyəsi üçün “Əmir Kəbir” neft platformasına getdiyini, platformadan qayıdanda dənizinə düşdüyünü ifadə edib.

Vertolyotda olan 5 nəfərin həyatını itirdiyini deyən Səccadi, qəzanın səbəblərinin araşdırıldığını qeyd edib.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Bakıda kişini küçənin ortasında döyə-döyə öldürdülər

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: