Xəzərdə 18 yaşlı qız boğuldu – İki nəfər isə xilas olundu


Xəzər dənizində 1 nəfər boğulub, 3 nəfər xilas edilib.

Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 metr aralı) 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşlardan ikisi xilas edilib.

Digər 1998-ci il təvəllüdlü Camalzadə Nərmin Niyaməddin qızının cəsədi isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha bir nəfər isə Abşeron rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Xilasedicilər vətəndaşı sudan çıxarıblar.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Bakıda qadın özünü çoxmərtəbəli binadan ataraq öldü – FOTO

%d bloqqer bunu bəyənir: