“Xəzər” Universitetinin qarşısındakı parkı kim dağıdır?

“Xəzər” Universitetinin qarşısında, Məhsəti küçəsi 41-də yerləşən parkı dağıdaraq yerində restoran tikirlər. Bu barədə məlumatı 24saat.org-a “Xəzər” Universitetinin tələbələri verib. Onların sözlərinə 800 kvadratmetr ərazisi olan parkın abadlaşdırılmasında universitetin də əməyi olub. ”Amma indi parkı dağıdırlar. Bilmirik kimlərdir. Məlum olan odur ki, burada iki mərtəbəli restoran tikiləcər”,- deyə tələbələr bildirib.

Tələbələr deyib ki, tikinti aparanlar ərazidə xeyli ağac kəsib: ”Burda xeyli sayda küknar ağacları var. Uf demədən kəsirlər. Bundan başqa tikintiyə görə universitetdə dəsr keçmək mümkün deyil. Səs-küydən auditoriyada müəllimi dinləmək olmur. Nədənsə, müvafiq qurumlar heç bir tədbir görmürlər”.

Tələbələr ərazidən çəkdikləri fotoları da redaksiyamıza göndərib. Həmin fotoları təqdim edirik:

1 2 3 4 5

 

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Sabiq AzTV əməkdaşı od püskürdü: “Alışanov AzTV tarixinin üz qarasıdır”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: