24 saat

“Xəzər Lənkəran”ın kapitanı “Zirə”də


“Zirə”də heyətlə bağlı çalışmalar davam edir. “Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ilk transferini reallaşdırıb.

Təcrübəli müdafiəçi Tural Cəlilov “qartalllar”ın sırasına qoşulub. Futbolçu ilə bir illik müqaviləyə imza atılıb.

Tural Cəlilov ötən mövsüm “Xəzər Lənkəran” klubunun şərəfini qoruyub. Peşəkar karyerasına “Ədliyyə”də başlayan Tural “Gənclərbirliyi”, “Simurq” və “Rəvan”da da çıxış edib. Cəlilov Azərbaycan yığmasının da formasını geyinib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: