“Xəstəxanalar özəlləşdirilsə, 3500 həkim işsiz qalacaq”


“Xəstəxanaların özəlləşdirilərək, həkimləri işdən azad etmək yolverilməzdir”

Bunu millət vəkili Vahid Əhmədov parlament komitələrinin birgə iclasında bücə zərfinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, özəlləşdirlməyə çıxarılan müəssisələr artıq məlumdur və burada bir sıra xəstəxanaların, xüsusən də, “Kaspar” , “Dəmiryol” xəsətəxanasının və bir sıra ambulator xəstəxanaların özəlləşdirilməsi nəzərdə tutulur.

Vahid Əhmədov vurğulayıb ki, bu xəstəxanaların özəlləşdirilməsi 3500 insanı işsiz qoyacaq: “Bu xəstəxanaların özəlləşdirilməsi nəticəsində 3 min 500 həkim işsiz qalacaq. İndiki halda buna yol vermək olmaz. Ən azından həmin müəssisələr özəlləşməyə çıxarılanda həkimlərə 3 aylıq kompenssasiya verilməlidir. Bu problem ciddidir və hökumət bu müəssisələri özəlləşdirən zaman bu məsələləri diqqətdə saxlamalıdır”.(modern.az)

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

DİN Azərbaycan-Rusiya xüsusi əməliyyatlar keçirib

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: