Xədicə İsmayılova: “Jurnalistlik fəaliyyətimi davam etdirəcəyəm”

Bu gün Ali Məhkəmənin Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub.

Virtualaz.org-un məlumatına görə, X. İsmayılova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Xədicə İsmayılova həmkarlarına bildirib ki, yenə öz jurnalistlik fəaliyyəti ilə məşğul olacaq.

O həmçinin deyib ki, tam bəraət almaq üçün əlindən gələni edəcək: “Mən enerji ilə doluyam və ədalətin tam bərpa olunması üçün mübarizə aparacağam”.

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

YUNESKO-nun baş katibi Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayır

%d bloqqer bunu bəyənir: