Xədicə İsmayılın kasassiya şikayətinə gələn həftə baxılacaq


Həbsdə olan jurnalist Xədicə İsmayılın Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasassiya şikayətinə baxılacağı vaxt müəyyən edilib. Şikayətdə jurnalist azadlığa buraxılmasını istəyib. Bu barədə Trend-ə X.İsmayılın vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, kasasiya şikayətinə mayın 25-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Hökmdən apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb. X.İsmayılın vəkilləri həmin qərardan kassasiya şikayəti verib və jurnalistin azadlığa buraxılmasını istəyiblər.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Ermənilərin təhlükəsizliyi üçün bunu edə bilərik – Video

%d bloqqer bunu bəyənir: