Now Reading:
Xədicə İsmayıl: həbsxanadan hekayələr
Full Article 40 second read

Xədicə İsmayıl: həbsxanadan hekayələr



Bu yaxınlarda şərti azadlığa buraxılan araşdırmaçı jurnalist Xədicə İsmayılova BBC Azərbaycancaya həbsxanada baş verənlər, onu təəccübləndirən məqamlar və gələcək planları haqqında danışıb.

O işinə davam etməyə əzmkar olduğunu deyib, həbsdə isə daha çox “ünsiyyət qıtlığından” əziyyət çəkdiyini deyir.

Bir sıra beynəlxalq mükafatlar alan jurnalist “bağlı qapılar arxasında” aparılan insan haqları müzakirələrinə tənqidini izah edib. “Hökumətlər hökumətlərarası münasibətləri qorumağı üstün tuturlar”.

Amal Clooney haqqında tənqidlərə gəldikdə isə o deyib: “Hesab edirəm ki, əgər Azərbaycan hökumətinin yaxşı məsləhətçiləri olsaydı, onlara məsləhət görərdilər ki, bu cür vəkillərdən istifadə etsinlər”.

Xədicə İsmayılova eyni zamanda “üzücü” dindirilmələr və izahatları necə “zarafata çeviriməyə” çalışdığından söz açıb.

Onunla müsahibəni BBC Azərbaycanca müxbiri Elnarə Məmmədova aparıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: