“Windows”un yeni versiyası təqdim olundu


“Microsoft” şirkəti Nyu-Yorkda keçirdiyi tədbirdə “Windows 10 Creators Update” adlı yenilənməni təqdim edib.

Qafqazinfo-nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, yeni İOS-da əsasən 3D məzmunlu sənədlərə baxış keçirmək mümkün olacaq.

Bununla birlikdə “Paint” tətbiqinin də yenilənməsinin təqdimatı olub. Bu proqramda obyektlər yaratmaq və üçölçülü şəkillər prosesini idarə etmək imkanı var.

Qeyd edək ki, yenilənmələr yalnız kompyuter və noutbuklar üçün deyil, həm də smartfonlar üçün nəzərdə tutulub. Bunu 2017-ci ilin əvvəlində yükləmək mümkün olacaq.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Tramp Arizona və Florida ştatlarında Klintonu qabaqlayır

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: