“WhatsApp“ videozəng funksiyasını tətbiq etdi


Populyar “WhatsApp” messencerində çoxdan gözlənilən funksiya – videozəng funksiyası nəhayət ki, tətbiq edilib.

Artıq “Android” əməliyyat sistemi ilə çalışan cihazlarda yeni funksiya əlçatandır.

Videozəngdən istifadə etmək çox asandır. Bunun üçün “videozəng” opsiyasını seçmək yetərlidir. Həmsöhbəti görmək isə o halda mümkündür ki, onun smartfonu da yeni funksiyanı dəstəkləsin. Əks halda, danışıq görüntüsüz alınacaq.

 

Videozəngdən ilk istifadə edənlər onun keyfiyyətindən razı qalıb.

 

Xatırladaq ki, “WhatsApp” 2015-ci ilin martında səsli danışıq funksiyasını tətbiq etmişdi.

 

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Noyabrda əmək pensiyaçıları vaxtından əvvəl sevinəcək – DSMF-dən açıqlama

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: