Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
votsap

“WhatsApp”-ın yeni funksiyası istifadəyə verildi

Çoxmilyonluq auditoriyaya sahib “WhatsApp” messenceri nəhayət ki, çoxdan gözlənilən videotelefoniyanı dəstəkləməyə başlayıb.

İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumatına görə, hələlik bu funksiya sınaq rejimindədir və öz proqramlarını 2.16.318 versiyasına qədər yeniləyən istifadəçilər üçün əlçatandır.

Yenilənmədən sonra hər bir əlaqə siyahısında olan istifadəçinin adının yanında kamera işarəsi çıxmağa başlayıb. Ancaq video zəng o zaman həyata keçirə bilər ki, qarşı tərəf də telefonuna “WhatsApp”ın son versiyasını yükləmiş olsun.

Bu, messencerin istifadəçilərinə videozənglər funksiyasını təqdim etmək üçün ilk belə cəhdi deyil. İlk belə cəhd bu ilin may ayında baş tutub. Ancaq sonradan çox pis rabitə əlaqəsinin olmasından videotelefoniyanı ləğv ediblər. Bu dəfə isə “WhatsApp” sınaqları olduqca yüksək səs və videokeyfiyyət nümayiş etdirib. Bunun üçün də istifadəçilər ümid edirlər ki, bu funksiya baş tutacaq.

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

Səhiyyə Nazirliyi “Aktilize” dərman preparatı ilə bağlı xəbərdarlıq edib – FOTO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: