Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
20891

WhatsApp-dan möhtəşəm yenilik!

Artıq VİDEOZƏNG-lər də edə biləcəksiniz!

WhatsApp, uzun müddətdir gözlənilən video zəng dəstəyini istifadəçilərlə görüşdürdü. Tətbiqin Android platformasındakı beta versiyası ilə artıq video görüşmələri edə bilərsiniz.

Android üçün WhatsApp tətbiqinin beta versiyasına uzun müddətdir gözlənilən video zəng xüsusiyyəti nəhayətki gəldi. WhatsApp üzərindən eynilə Skype və ya Facetime-da olduğu kimi video konfrans edə bilməyinizə şərait yaradan yeni xüsusiyyətlə artıq internet üzərindən video zənglər edə biləcəksiniz.

Əgər video zənglə əlaqə saxlamaq istədiyiniz şəxsdə WhatsAppın ən son versiyası yüklü deyilsə, həmin şəxsə yenilənmə etməsi barədə bildiriş gedir.
WhatsApp video dəstəyi hansı versiyadadır?
63248
Tətbiqin 2.16.318 versiyası ilə birlikdə istifadəyə verilən video zəng xüsusiyyəti, hazırda olduqca qərarlı bir şəkildə işləyir. Bir milyarddan artıq istifadəçisi olan WhatsApp, bu xüsusiyyətlə birlikdə Google-ın Duo tətbiqi ilə birlikdə digər mesajlaşma tətbiqlərinə rəqib olur.

Son vaxtlarda yenilənmələr ilə fasiləsiz olaraq inkişaf etməyə cəhd edən WhatsApp, keçdiyimiz günlərdə Snapchat oxşarı xüsusiyyətləri də istifadəçilərinə təqdim etmişdi.

Əgər WhatsApp video zəng xüsusiyyətini indi yoxlamaq istəyirsinizsə, bu linkdən beta versiyanı yükləyərək elə indi istifadə etməyə başlaya bilərsiniz.

technote.az

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Messenger” üçün çoxdan gözlənilən yenilik

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: